Kanalda batan şəxsin meyiti tapılıb


17:26     13 Oktyabr 2018 denizde-boguldu.jpg

Yuxarı Qarabağ kanalının Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1971-ci il təvəllüdlü Mirzəyev Mərdan Qardaşxan oğlunun axtarışları başa çatıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, M.Mirzəyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Açar sözlər:

Oxunub: 405