Azərbaycandakı xarici hərbi attaşelər hərbi hissədə olublar


21:31     13 Oktyabr 2018 18_10_13_1539450138.jpg

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.

Femida.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində 15 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 22 nümayəndəsinə hərbi hissə haqqında brifinq verilib. Sonra onlar burada şəxsi heyət üçün yaradılan şərait və hərbi hissənin silahlanmasında olan döyüş texnikası ilə tanış olublar.

Femida.az

Açar sözlər:

Oxunub: 605