Badamdarda sürüşmə davam edir - Bir evin hasarı uçdu


19:54     16 Oktyabr 2018 18_10_16_1539705533.jpg

Badamdarda sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqin nəticələrinə əsasən, sahədə nisbi stabil gərginlik qalmaqdadır.

Divarı uçan hasarın içərisində olan tikilinin bünövrəsinin alt hissəsində torpaq qatı nəm haldadır, xırda uçqunlar və torpaq qopmaları baş verir.

Sürüşmənin aktiv fazaya keçməsi uçqunların baş verməsi ilə müşayət olunur.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, Mərkəzin əməkdaşları bu gün ərazidə tədqiqat aparan zaman evlərdən birinin hasarı uçub.

Qeyd edək ki, oktyabrın 12-dən başlayaraq, mərkəz əməkdaşları ərazidə profillər üzrə bir neçə istiqamətdə tədqiqatlar aparırlar. İlkin nəticələrə görə, sürüşmə prosesi hələlik aktiv fazada qalır və yeni uçqunların baş vermə ehtimalı yüksəkdir.

Femida.az

Açar sözlər: #Badamdar   #sürüşmə  

Oxunub: 584