Azərbaycan yeni turizm brendi: "Take another look"


11:22     18 Oktyabr 2018 2018/10/54334_1539847592.jpg

Azərbaycanın qlobal bazarda tanıdılması üçün ilkin addım olaraq hazırlanan yeni turizm brendi təqdim olundu.


Yeni brendin əsas simvolları bir-birilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüar olacaq.

Azərbaycanın yeni turizm loqosu olacaq "a" hərfi "Azərbaycan" sözünün ilk hərfi olmaqla yanaşı, öz formasına görə də brendin mahiyyətini çatdırır. Brendin "Yenidən fərqli baxışla bax" (Take another look) olan əsas şüarına uyğun olaraq diqqətlə və yenidən baxdıqda loqo barədə daha dəqiq təsəvvürə malik olmaq mümkündür.

Brendin hazırlanmasında 100-dən çox peşə sahibləri ilə müsahibə xarakterli araşdırma aparılıb və bu proses 5 ay davam edib.

Yeni brendin dünya ictimaiyyətinə təqdimatı noyabrda Londonda baş tutacaq.

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 1755