Bu universitetdə qızlara dikdaban geyinmək qadağan olundu - Bakıda

Bu universitetdə qızlara dikdaban geyinmək qadağan olundu - Bakıda


11:51     20 Oktyabr 2018 18_10_20_1540021923.jpg


Azərbaycanın “Odlar Yurdu” Universitetində qızlara dikdaban ayaqqabı geyinmək qadağan olunub. Universitetin mətbuat katibi Günay İmanova qadağa ilə bağlı məsələyə aydınlıq gətirib.

G.İmanova bildirib ki, tələbələr hündürdaban ayaqqabı ilə otaqların yanından keçəndə səslər dərs prosesinə mane olur.

“Bu mənada, tələbələrə, sadəcə, məlumat verilib. Məncə, tələbələr buna etiraz etməməlidir.

Çünki universitetimizdə hər zaman təlim-tərbiyə məsələləri diqqət mərkəzində saxlanılır və heç bir neqativ hal baş vermir. Əgər bununla bağlı tələbələrə məlumat verilibsə, deməli, tələbələrin xeyrinədir”, - G.İmanova deyib. / oxu.az

Femida.az

Açar sözlər: #universitet   #tələbə   #qadağa   #təhsil   #qız  

Oxunub: 1214