Trampla Putin noyabrda görüşə bilər

Trampla Putin noyabrda görüşə bilər


14:42     20 Oktyabr 2018 2018/10/tramp-putin-azeuro01_1540029646.jpg

Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə bu il Parisdə və ya Buenos-Ayresdə keçiriləcək G20 sammitində görüşə bilər.

Femida.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ rəsmisi məlumat verib.

Məlumata görə, Birinci Dünya müharibəsinin 100 illik yubileyi ilə bağlı Fransada keçiriləcək tədbirdə görüşün keçirilməsi ilə bağlı dəqiqləşdirmələr aparılır. Bundan əlavə liderlərin noyabrın 30-da Buenos-Ayresdə keçiriləcək G20 sammitində görüşmək ehtimalının da mümkünlüyü deyilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov hazırda liderlərin görüşü ilə bağlı heç bir hazırlığın getmədiyini açıqlamışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 150