Vəkillər Kollegiyası bölgələrə gedir - Pulsuz hüquqi yardım göstərəcək


10:51     24 Oktyabr 2018 18_10_24_1540363950.jpg


Vəkillər Kollegiyası daha bir yeniliyə imza atıb. Femida.az xəbər ki, qurumun xidməti avtomobilləri bölgələrə gedərək vətəndaşlara pulsuz hüquqi yardım göstərəcək. Bu barədə Kollegiyadan məlumat verilib.

Bu günlərdə qurum tərəfindən mikro-avtobus satın alınıb. Nəqliyyat vasitəsinin başlıca təyinatı ölkəmizin vəkil olmayan bölgələrində hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsi məqsədilə səfərlərin təşkilidir.

Belə ki, Bakı şəhərində fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillər tərəfindən qrup halında respublikamızın vəkil olmayan və hüquqi yardıma çatımlılıqda problem olan bölgələrinə, qəsəbə və kəndlərinə səfərlər təşkil etmək və hüquqi yardım işinin təşkili üçün həmin qurumların rəhbərləri və fərdi vəkillərin qrupları tərəfindən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət oluna bilər.

Kollegiyadan bildirilib ki, yerlərdə hüquqi yardım işinin qabaqcadan təşkili və əhalinin vaxtlı məlumatlandırılması məqsədilə bu kimi təşəbbüslər barədə azı 10 gün əvvəldən Rəyasət Heyətinə məlumat verilməsi xahiş olunur.

Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #hüquqi_yardım   #qanun  

Oxunub: 3078