Vüsal Hüseynov BMT rəsmisi ilə görüşüb
17:43 24 Oktyabr 2018
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.
DMX-dan Femida.az-a verilən xəbərə görə, görüşdə V. Hüseynov Xidmətin fəaliyyət istiqamətləri, qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, eləcə də vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə bu kateqoriyadan olan şəxslərə, onların ailə üzvlərinə hər zaman diqqət və qayğı göstərilir.
Xidmət rəisi Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında mövcud səmərəli əlaqələr nəticəsində əldə edilən nailiyyətləri güclənən əməkdaşlığın göstəricisi olduğunu diqqətə çatdırıb.
Səmimi görüşə görə Xidmət rəisinə minnətdarlığını bildirən BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso iki qurum arasında əlaqələrin müvəffəqiyyətlə davam etdirməsinin zəruriliyinə toxunub, vətəndaşsızlıq hallarının aradan qaldırılması, qaçqın statusu almış şəxslərin cəmiyyətə uğurlu inteqrasiyası istiqamətində BMT QAK ilə DMX-nin birgə fəaliyyətinin davamlı olacağına əminliyini ifadə edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 416
Oxşar xəbərlər
- Şəhid Vüsal Babayevin anım mərasimi keçirilib - VİDEO
- Vüsal Qasımlı: “2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayır”
- Vüsal Hüseynov əhaliyə müraciət edib
- Topçu Vüsal: “Hamı gəlib mənimlə şəkil çəkdirir” - MÜSAHİBƏ
- Miqrasiya Xidmətinin rəisi illik hesabat verdi - VİDEO
- Vüsal Hüseynov: "Ötən il 145 nəfər xarici ölkələrdən readmissiya olunub"
- “Vüsal yaddaşını itirmişdi, müharibəni belə xatırlamırdı”
- Qazi Vüsal Musayevin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb
- Vüsal Hüseynov və Vladimir Georgiyevin birgə müraciəti - VİDEO
- AzVision-24: I Müharibə bitdi, müharibə davam edir - VİDEO