Güləşçimiz dünya çempionatında ermənini məğlub etdi
18:16 25 Oktyabr 2018
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Femida.az xəbər verir ki, yarışın altıncı günündə dörd çəkidə yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.
Avropa çempionu Eldəniz Əzizli (55 kq) ilk mərhələdə macar rəqibini cəmi bir dəqiqəyə məğlub edib. 1/8 finalda o, çinli idmançı ilə qarşılaşacaq.
Taleh Məmmədov (63 kq) təsnifat mərhələsində çətinliklə də olsa, norveçli həmkarını üstələyib. Taleh 1/8 finalda erməni həmkarı Slavik Qaltsyandan güclü olub – 3:1.
Dünya çempionu Rəsul Çunayev (72 kq) mübarizəyə 1/8 finaldan qoşulub və yapon rəqibinə qalib gəlib. O, 1/4 finalda da qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Rafiq Hüseynov (82 kq) da yarışa 1/8 finaldan başlayıb və bolqar güləşçi ilə gərgin keçən görüşdə əzmkar qələbəyə sevinib. Hesabda 0:3 geridə olsa da, yekun nəticə Hüseynovun xeyrinə olub.
Oxunub: 375
Oxşar xəbərlər
- Güləşçimiz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
- Güləşçimiz erməniyə qalib gələrək dünya çempionu oldu
- Güləşçimiz Zaur Əliyev Avropa çempionu oldu
- Güləşçimiz Avropa çempionu oldu - VİDEO
- Güləşçimiz ermənini məğlub etdi
- Güləşçimiz yarımfinala yüksəlib
- Güləşçimiz erməni dünya çempionunu məğlub etdi
- Güləşçimiz dünya üçüncüsü oldu
- Güləşçimiz əsəbiləşib rəqibinə qapaz vurdu - VİDEO
- Güləşçimiz finalda - Avropa Oyunları