Ohanyan dindirildi


10:44     27 Oktyabr 2018 Seyran-Ohanyan.jpg

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 1 mart 2008-ci il hadisələri ilə bağlı xüsusi istintaq xidmətində dindirilib.


Femida.az xəbər verir ki, bu barədə "Armenpress" informasiya agentliyi etibarlı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, xüsusi istintaq xidməti məlumatı şərh etməkdən imtina edib.

Xatırladaq ki, 2008-ci ilin 1 mart tarixində erməni ordusu tərəfindən dinc aksiya iştirakçılarına atəş açılıb, nəticədə 10 nəfər ölüb, 250 nəfər isə yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 465