Bu il Azərbaycanda 1.4 milyarddan çox sərnişin daşınıb


18:04     28 Oktyabr 2018 Baki%20beynelx0.JPG

2018-ci ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 169,8 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artım müşahidə olunub.

Femida.az Trend-ə istinadən bildirir ki, yüklərin 3,6 faizi dəniz, 6,1 faizi dəmir yolu, 0,1 faizi hava, 64,9 faizi avtomobil nəqliyyatı, 25,3 faizi isə boru kəməri ilə daşınıb.

2018-ci ilin yanvar-sentyabr aylarında nəqliyyatçılar 1 milyard 456,7 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sərnişinə xidmət göstəriblər.

Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 96,1 faizi avtobus, 3,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 293