Putin Ərdoğana teleqram göndərdi


18:09     29 Oktyabr 2018 18_10_29_1540818629.jpg

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Türkiyə Respublikasının 95-ci ildönümü münasibətilə teleqram göndərib. O, teleqramında iki ölkə arasında əməkdaşlığın inkişafından və beynəlxalq məsələlərin həllində qarşılıqlı fəaliyyətin effektliyindən bəhs edib.


Femida.az xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.


“Türkiyə Respublikasının ilk illərindən bizim ölkəmizlə dostluq, mehriban qonşuluq əlaqələri qurulub”, - teleqramda deyilir.

Putin bundan başqa, Moskva və Ankara arasındakı əməkdaşlığın inkişafının, eləcə də regional və beynəlxalq məsələlərin həllində qarşılıqlı fəaliyyətin effektivliyinin vacibliyini qeyd edib.

Açar sözlər:

Oxunub: 325