Gəncənin icra başçısı məsləhətçisini işdən azad etdi


17:06     01 Noyabr 2018 2018/11/gece_1541077658.jpg

Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi Vəfa Məlikova və şöbənin aparıcı məsləhətçisi Şövkət Nağıyeva vəzifələrindən azad edilib.

Femida.az report-a istinadən xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb.

N.Bayramovun digər əmri ilə baş mühasib vəzifəsinə Məlahət Salahova təyin olunub.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 570