Ermənistan prezidenti ölkə parlamentini buraxıb


22:10     01 Noyabr 2018 18_11_01_1541095995.jpg

Ermənistan prezidenti Armen Sarkisyan cümə axşamı parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin təyin edilməsi barədə fərman imzalayıb.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

"Növbədənkənar seçkilər 9 dekabr 2018-ci tarixinə təyin edilsin. Fərman dərc olunduğu gündən qüvvəyə minir", - deyə mətbuat xidmətinin yaydığı sənədin mətnində bildirilir.

Bundan əvvəl Ermənistan parlamenti yeganə namizəd olan Nikol Paşinyanı yenidən baş nazir postuna seçməyib. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 402