DİQQƏT! - Bu ərazilər subasma təhlükəsi ilə üz-üzədir
09:34 02 Noyabr 2018
Bakıda bir sıra subasma sahələrində gərginlik müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov Femida.az-a bildirib ki, Binəqədi rayonu, Binəqədi 1-ci mədən yaşayış sahəsində, həmçinin Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur.
Onun sözlərinə görə, Sabunçu rayonu, Maştağa-Zabrat subasma sahəsi, "Daş karxanası" yaşayış massivi, "Şuşa” şəhərciyi, Zabrat-Məhəmmədi və "Savalan" subasma sahələrində də eyni səbəbdən subasma prosesinin dinamikasında stabil gərginlik qeydə alınır.
Ə.Qaralov bildirib ki, atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında stabil gərginlik Qala qəsəbəsindəki subasma sahəsində də müşahidə olunur.
Femida.az
Oxunub: 801
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM