Ermənistan müsəlmanlara qarşı ən radikal ölkə oldu – STATİSTİKA


10:50     02 Noyabr 2018 18_11_02_1541141479.jpg


Avropada “Ailənizə müsəlman qəbul edərsiz?” mövzusunda araşdırma aparılıb. Ölkələr üzrə hansı ölkələrin daha çox dini tolerant olduğu müəyyənləşib.

Femida.az xəbər verir ki, sorğuda cavab verən ölkələr içində birinci yeri Hollandiya tutub. Belə ki, hollandların 88 faizi ailədə müsəlman olmasına etiraz etmir. İkinci yer 82 faizlə Norveç, üçüncü yer 81 faizlə Danimarka olub. İsveç əhalisinin 80, Belçikanın 77, İspaniyanın 74, Portuqaliyanın isə 70 faizi bir müsəlmanla eyni ailədə yaşaya biləcəyini deyib.

Araşdırmada, müsəlmanlara qarşı ən radikal mövqe Postsovet ölkələri olub. Belə ki, Latviyada insanların 19, Gürcüstandakı 17, Belarusiya və Litvada yüzdə 16, Çexiyada isə 12 faizi müsəlmanla bir evdə yaşamağa razılaşıb.

Ən aşağı göstərici Ermənistana malikdir. Bu ölkə əhalisinin cəmi 7 faizi “Ailənizə müsəlman qəbul edərsiz?” sualına “hə” deyib.



Amin Nəzərli

Femida.az

Açar sözlər: #Ermənistan   #müsəlman   #Avropa   #sorğu   #statistika   #Hollandiya  

Oxunub: 1695