Gəncədə ana və qızı bıçaqlanıb


19:38     12 Oktyabr 2015 01NAuOAZi0g.jpg

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.


APA-nın verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Xarafruz Elnarə və onun 1998-ci il təvəllüdlü qızı qızı Xarafruz Səkinə bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən ana və övladının vəziyyəti orta-ağır qiymətləndirilir. Qadın spirtli içki qəbul edən qaynı tərəfindən bıçaqlandıqlarını deyib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 898