Zaqatalada ağır qəza: Yaralılar var


09:07     05 Noyabr 2018 big_1405422456_qeza.jpg

Zaqatalada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.


Hadisə Zaqatala-Muğanlı-Faldar avtomobil yolunda baş verib.

Rayonun Muğanlı kənd sakini, 1990-cı il təvəllüdlü Mehman Yaqub oğlu Yusifov “Niva” markalı, "62-BG-866" dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yolun döngə hissəsində nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə maşın aşıb.

Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər - Muğanlı kənd sakinləri, 1981-ci il təvəllüdlü İsmayıl Yaqub oğlu Yusifov və 1990-cı il təvəllüdlü Mehman Həybullah oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan bildirilib ki, yaralılardan M.Yusifovun xəsarətləri ağır olduğundan müalicəsi Reanimasiya şöbəsində aparılır. İ.Yusifovun və M. İbrahimovun xəsarətləri yüngül olduğundan onlara tibbi yardım göstərilib, sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.(report)

Açar sözlər:

Oxunub: 296