Bakıda soyğunçuluq edənlər tutulub


15:17     05 Noyabr 2018 hebs_58.jpg

Noyabrın 3-də Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Qazax rayon sakini Elşən Mehdiyevə zor tətbiq edib 100 manatını alıb.


DİN-dən Femida.az-a verilən xəbərə görə, Nəsimi RPİ 19-cu PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ucar rayon sakini Ayaz Həsənquliyev və Ağdam rayon sakini Hüseyn Ramazanov saxlanılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 372