Artur Rasizadə prezidentlə görüşdü
01:49 15 May 2015
Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
A.Rasizadə Azərbaycan-Vyetnam münasibətlərinin yüksək səviyyədə olduğunu və bunun dərin tarixi köklərə əsaslandığını vurğulayıb. Baş nazir qeyd edib ki, Azərbaycan regional və dünya əhəmiyyətli iri enerji layihələri həyata keçirir. Bununla bərabər, Azərbaycan qeyri-neft sektorunun inkişafına da böyük diqqət yetirir.
Görüşdə Vyetnam Prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verilib.
Vyetnam Prezidenti Ç.T.Şanq Azərbaycanın son illərdə qazandığı iqtisadi uğurları yüksək qiymətləndirdiklərini söyləyib. Ali qonaq ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxunub: 576
Oxşar xəbərlər
- Artur Rəsizadə yeni qaydaları təsdiq etdi
- Artur Rasizadə qərar imzaladı
- Artur Rasizadədən yeni qərar
- Artur Rasi-zadə 4 köməkçisini işdən çıxardı
- Artur Rasi-zadə qərar imzaladı
- Artur Rasizadənin köməkçilərinin sayı azaldılıb
- Artur Rasizadə iclas keçirdi
- Artur Rasi-zadə prezidentlə Xəzərin statusunu müzakirə etdi
- Artur Rəsizadə Estoniya XİN başçısı ilə görüşdü
- Artur Rasizadə iclas keçirdi