Zakir Həsənov yeni mərkəzin açılışında
16:44 05 Noyabr 2018
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilməsi çərçivəsində Bölmələrin idarəedilməsi və texniki-nəzarət Mərkəzinin açılışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən xəbərə görə, tədbirdə iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüşü idarəetmə məntəqəsinə, rabitə qovşağına, idarəetmə cihazlarının test və təmiri laboratoriyasına, idarəetmə üzrə mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulmuş simulyatorlara, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçiriblər.
Müdafiə nazirinə məruzə edilib ki, mərkəzin təyinatı müxtəlif növ hərbi aviasiyanın uçuşlarının idarəedilməsi, həmçinin döyüş tapşırıqlarının dəqiq və effektiv icrasının təmin edilməsidir. Mərkəzdə yaradılan şəraitlə tanış olan müdafiə naziri HHQ-nin komandanlığına müvafiq tapşırıqlar verib.
Oxunub: 349
Oxşar xəbərlər
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov döyüş hazırlığı tədbirləri və təlimlərin artırılması barədə tapşırıq verib
- Zakir Həsənov NATO rəsmilərini sərhəddəki vəziyyət barədə məlumatlandırıb
- Zakir Həsənov Kəlbəcərə gedib, yeni hərbi infrastrukturlara baxış keçirib
- Zakir Həsənov britaniyalı naziri Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırıb
- Zakir Həsənov ordunun şəxsi heyətinə döyüş vasitələrinin tətbiqinə hər an hazır olmağı tapşırıb