Bu şəxslərə pulsuz hüquqi yardım göstəriləcək – Yalnız bir gün


11:47     07 Noyabr 2018 2018/04/dovlet-q_1523608797.jpg

Vəkillər Kollegiyası hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərəcək.


Femida.az xəbər verir ki, noyabr 13-də bir qrup vəkil tərəfindən Hacıqabul rayonunda yerləşən Heydər Əliyev adına mərkəzdə ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquq yardım göstərilməsi nəzərdə tutulub.

Bu kimi tədbirlər respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.

Qeyd edək ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkili tövsiyə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 439