Cənub bölgəsində sel fəlakəti - 21 nəfər xilas edildi
11:58 07 Noyabr 2018
Noyabrın 6-7-də gecə saatlarında respublikanın cənub bölgəsindəki bəzi rayonlarda yağan leysan xarakterli yağışlar nəticəsində Astaraçay çayında suyun səviyyəsi artıb, Astara rayonunun Rudəkənar kəndində bəzi ərazilər daşqın və yağış suları ilə dolub.
Fövqəladə Hallar Nazirliyindən Femida.az-a bildiriblər ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş müraciətlərlə əlaqədar Dövlət Yanğından Mühafizə, eləcə də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Cənub Regional Mərkəzinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb olunub. Rayonun Rudəkanar kəndində həyətyanı sahələrin su ilə dolması səbəbi ilə köməksiz vəziyyətdə qalmış 21 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Hazırda Astaraçay çayının Rudəkənar kəndindən keçən hissəsində bəndbərkitmə işləri aparılır. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri bəndbərkitmə işlərinin aparıldığı ərazidə növbə çəkirlər.
Femida.az
Oxunub: 492
Oxşar xəbərlər
- Cənubi Koreyanın keçmiş prezidenti vəfat edib
- Cənubi Koreya KXDR-də çevriliş barədə xəbərlərə aydınlıq gətirib
- Cənub Qaz Dəhlizi artıq tam istifadəyə verilir
- Cənubi Koreya Milli Assambleyasının spikeri Azərbaycana gəlir
- Cənubi Koreya vətəndaşlarının adı "qara siyahı"dan çıxarıldı
- Cənubi Qafqazın ilk qadın prezidentinin andiçməsindən maraqlı anlar - VİDEO
- Cənubi Koreyada general intihar edib
- Cənubi Koreyada vertolyot qəzası - Ölən və yaralananlar var
- Cənubi və Şimali Koreya liderləri arasında TARİXİ GÖRÜŞ