Dünyanın ən sürətli robot qapıçısı Bakıya gətirilir
16:45 08 Noyabr 2018
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ultra-modern texnologiya əsaslı dünyanın ən sürətli robot qapıçısı hesab olunan “Robokiper” ölkəmizə gətiriləcək.
Femida.az “Robokiper” cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel -2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında təqdim olunacaq.
Alman alimlərinin ixtirası olan “Robokiper” dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları onun qoruduğu qapıya qol vura bilməyiblər. Dünyada cəmi 10 nüsxədə mövcud olan “Robokiper” dünyanın hər yerində böyük maraqla qarşılanır.
“Bakutel 2018” iştirakçıları “Robokiper”-ə qol zərbəsi vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə “Azercell” şirkəti tərəfindən 10 AZN dəyərində danışıq kartı və digər hədiyyələr, “Aloff” firması tərəfindən isə futbol topu təqdim ediləcək.
“Robokiper”lə yarışmaq üçün əsl futbol oyununda olduğu kimi, topa yaxınlaşıb penalti vurmaq lazımdır. Top vuran şəxsin peşəkar idmançı, yaxud həvəskar olmasının isə heç bir fərqi yoxdur.
Qeyd edək ki, “Bakutel 2018” sərgi-konfransının açılışına dəvət olunan Azərbaycan klublarının bir sıra tanınmış futbolçuları, o cümlədən futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Robokiper”-in qapısına qol vurmağa çalışacaq.
Femida.az
Oxunub: 618
Oxşar xəbərlər
- Dünyanın pandemiya baxımından ən təhlükəli ölkələri məlum olub
- Dünyanın ən varlı ailələrinin siyahısı - Açıqlandı
- Dünyanın göz yumduğu rəzalət və pozitiv nümunədə Azərbaycan
- Dünyanın iki ölkəsində yeni kütləvi infeksiya yayıldı
- Dünyanın ən uca binası üzərində Azərbaycan bayrağı proyeksiya olunub - VİDEO
- Dünyanın ən iri təyyarəsi Bakıda eniş etdi
- Dünyanın ən məşhur robotları Bakıya gələcək
- Dünyanın ən varlı insanı bir gündə 6,9 milyard dollar itirib
- Dünyanın ən nadir və qəribə xəstəlikləri
- Dünyanın ən xoşbəxt uşaqları bu ölkədə yaşayır