Yeni gətirilən avtobuslar xəttə buraxıldı - FOTO
11:08 10 Noyabr 2018
Bir müddət əvvəl ölkəyə gətirilən yeni avtobuslar artıq fəaliyyətə başlayıb.
Femida.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
O qeyd edib: "Bu gün səhərdən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçirilir. Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən Binə-Sovxoz qəsəbədaxili marşrutu üzrə avtobuslar da yenilənib".
Qeyd edək ki, bir neçə gün öncə 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Ayşən LTD" MMC ilə bağlanan müqaviləyə xitam verilib.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi "Çinar-Trans" MMC-yə həvalə edilib.
Femida.az
Oxunub: 532
Oxşar xəbərlər
- Yeni səhiyyə naziri Teymur Musayev kimdir? - Dosye
- Yeni ildən 2 milyondan çox insanın sosial ödənişlərı artacaq
- Yeni ştamm “narahatlıq doğuran variant” kateqoriyasına aid edilib
- Yeni ildə neçə gün tətil olacaq?
- Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası başlayıb
- Yeniyetmə kanalda boğuldu
- Yeni sayğaclarda balansı internet üzərindən artırmaq mümkün olacaq
- Yeni Vergi Məcəlləsinin qəbulu təklif olunur
- Yeni Türkiyə səfirindən ilk açıqlama
- Yenidən qurulan "Şərq bazarı"nda işlər hansı mərhələdədir? - FOTO