"Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli sammit keçirə bilər" - Çavuşoğlu
16:35 10 Noyabr 2018
"Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli sammit keçirə bilər".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistana səfəri zamanı bəyan edib.
Onun sözlərinə görə, bu görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana gözlənilən səfəri zamanı keçirilə bilər.
Türkiyə XİN başçısı həmçinin İpək Yolunun canlandırılması məsələsində üç ölkənin rolunu qeyd edib: "Tarixi İpək Yolunun bərpası məsələsində Türkmənistan, Azərbaycan və Türkiyənin üzərinə böyük öhdəliklər düşür. Bununla əlaqədar, bu üç ölkə ən əsas oyunçulardır".
O deyib ki, dəmir yolu və avtomobil yolu bağlantılarını qurmaq lazımdır: "Digər tərəfdən, enerji təhlükəsizliyinə nail olmaq üçün Türkmənistan qazının TANAP layihəsi vasitəsilə Avropa bazarlarına çıxarılması imkanları qiymətləndirilməli, Xəzər dənizinin dibi ilə neft kəmərinin çəkilməsi layihəsinin reallaşdırılması məsələsinə baxılmalıdır". (Report)
Femida.az
Oxunub: 361
Oxşar xəbərlər
- Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası Prezidenti videoformatda görüş keçirib
- Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb
- Azərbaycan, Gürcüstan və Türkiyə arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitə yaradılır
- Azərbaycan, Türkiyə, Gürcüstan parlamentarilərinin Ankarada müzakirə edəcəyi məsələlər açıqlanıb
- Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlimləri davam edir
- Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları görüşdü
- Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları tapşırıqları icra ediblər
- Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlıq güclənir
- Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Şuşaya səfəri başlayıb
- Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşünə hazırlıq gedir