Hövsanda qəza - Xəsarət alanlar var


15:38     11 Noyabr 2018 2018/11/790C1E4C-AC73-4DED-B247-B1900289DE28_1541936399.jpeg

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində FHN Akademiyasının qarşısında gecə saatlarında ağır yol qəzası baş verib.

"Mitsubishi" markalı avtomobillə "Moskviç" markalı avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Yaralılardan biri, 1955-ci il təvəllüdlü Hövsan qəsəbə sakini Mövlanov Səməd Əbülfəz oğluna döş qəfəsinin travmatik əziyi və qabırğalarının sınığı diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu və reanimasiyada saxlanıldığı bildirilib.


Digər iki nəfərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı 30-cu Polis Bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 665