Hövsanda "güzəştli mənzillər" satışa çıxarılır


09:53     11 Dekabr 2020 20_12_11_1607666138.jpg

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 501 mənzilin güzəştlə satışa çıxarır.

Bu barədə Femida.az-a MİDA-dan məlumat verilib.

“MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 22 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Femida.az

Açar sözlər: #MİDA   #güzəştli   #mənzil  

Oxunub: 716