67 min manatlıq oğurluq etdi - Şərti cəza verildi

67 min manatlıq oğurluq etdi - Şərti cəza verildi


14:50     14 Noyabr 2018 qadin%20ogurluq.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.



Femida.az report-a istinadən bildirir ki, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə hökmü elan edən zaman məlum olub ki, təqsirləndirilən N.Fərəcova zərərçəkmiş F.Əzizovaya dəymiş zərəri tam ödəyib. N.İsrafilov isə ödəmə proseslərində iştirak etməyib.

Hökmə əsasən, N.İsrafilov 10 il müddətinə azadlıqdan məhrum olunub. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş N.Fərəcovaya isə şərti cəza verilib.

Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay, N.Fərəcovanın isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Fərəcovanın məhkəmə zalından həbs olunmasını tələb etmişdi. F.Əzizova isə həmin şəxsləri bağışlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 211