Sumqayıt yeni baş məşqçisini açıqladı

"Sumqayıt" yeni baş məşqçisini açıqladı


15:34     14 Noyabr 2018 2018/11/10733-1542194391_1542195308.jpg

"Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşib.


Femida.az klubun saytına istinadən xəbər verir ki, komandanı Ayxan Abbasov çalışdıracaq.

Klub A.Abbasovla 2019/2020 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, məşqçilik karyerasına 2015-ci ildə "Zirə"nin əvəzedicilərində başlayan Abbasov 2016-cı ilin yanvarından əsas komandanın sükanı arxasına keçib. Onun rəhbərliyi altında adıçəkilən klub 2016/17 mövsümünü 4-cü pillədə tamamlayıb və Avropa Liqasına vəsiqə qazanıb (6 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət). Ayxan Abbasov 2017/2018 mövsümündə də "Zirə" ilə mövsümü 4-cü pillədə tamamlayıb (12 qələbə, 8 heç-heçə, 8 məğlubiyyət).

Femida.az

Açar sözlər:

Oxunub: 199