Cəbhədə təxribat davam edir - Atəşkəs pozuldu
09:19 15 Noyabr 2018
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 359
Oxşar xəbərlər
- Cəbhə boyu ərazilərdə 216 partlamamış hərbi sursat aşkarlanıb
- Müdafiə Nazirliyi: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir
- AzTV-nin əməkdaşı cəbhə bölgəsində yaralandı
- Bütün cəbhə boyu düşmənin qarşısı alınıb
- MN: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü qoruyur
- Gecə bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib - VİDEO
- “Azəriqaz” rəhbərliyi cəbhə zonasındadır
- MN: Cəbhə bölgəsində təbliğat-təşviqat işləri əməliyyat şəraitinə uyğun həyata keçirilir
- “Azərişıq” və “Azərenerji” rəhbərliyi cəbhə xəttində
- Cəbhə bölgəsindəki əəhaliyə xəbərdarlıq: Naməlum əşyalara toxunmayın