Terror planı bu evdə hazırlandı- FOTO


20:50     13 Oktyabr 2015 944343_9155695.jpg


Moskvada Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları dünən keçirdiyi əməliyyat zamanı terror qruplaşmasını ələ keçirib.

Femida.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində terroristlərin gizləndiyi evdən xeyli sayda partlayıcı maddə ələ keçirilib. Terror aktının hazırlanmasında şübhəli kimi 12 nəfər saxlanılıb.

Rusiya Hüquq Mühafizə orqanlarının verdiyi məlumata görə, saxlanılanlardan 3 nəfəri Suriya vətəndaşı, digərləri isə çeçenlərdir. İlkin araşdırmalar zamanı məlum olub ki, onlar Moskvada əhalinin gur yerlərində, ictimai nəqliyyatda terror törətməyə hazırlaşıblar. Rusiya mətbuatının bu hadisə ilə bağlı daha çox qabartdığı mövzu niyə məhz bu evin sığınacaq kimi seçilməsi olub.Bişmiş kərpicdən tikilən binanın üzərində qeyri-adi şəkillər əks olunub. Sonradan məlum olub ki, həmin məzil keçmiş hərbçiyə məxsusdur. Uzun müddət mənzildə yaşamayan ailə hərbçinin həyat yoldaşının razılığı ilə onu köhnə tanışlarına müvəqqəti yaşamağa veriblər.

Onlar Çeçenistandan olan Səid,onun həyat yoldaşı Səbinə və azyaşlı qızı olub.Ev sahibinin həyat yoldaşı Rusiya KİV-lərinə açıqlamasında bunları bildirib:





“ Həmin mənzili çoxdan tanıdığımız çeçenlərə verdik.Səid adlı çeçenlə oğlum danışdı və orada yaşamağa razılıq verdi. Mən ilk vaxtlar buna ehtiyat etsəm də, oğlum dedi ki, onlar yaxşı insanlardı. Sentyabrda Səid mənə zəng edib dedi ki, o Türkiyəyə məzuniyyətə gedir. Evin açarlarını da, qohumu Musaya verir. Mən Musanın kim olduğunu heç bilmirdim. Sonradan mətbuatdan oxudum ki, bizim küçədə belə bir hadisə baş verib.O vaxta qədər polislər bizə zəng etməmişdilər. Sonradan oğıumu və bizi də polisə dəvət etdilər. Hazırda araşdırma gedir. Mən hələ də hadisənin şokundayam. Onlar necə terrorist ola bilərlər?”


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1153