Şadlıq evinə borcu qaldığı üçün ev yardı


22:10     13 Oktyabr 2015 sadliq_sarayi_041.jpg

Qız qaçırtdı, özünə toy elədiyi şadlıq evinə borclu qaldı, oğurluğa əl atdı.


Bakının Binəqədi rayonunda Niyaz Fərəməzov dostları ilə birlikdə əlbir olaraq oğurluğa əl atıb.

Bakı sakini 24 yaşlı Niyaz Murad oğlu Fərəməzov toydan sonra borclarını qaytarmaq üçün pul tapa bilmədikdə oğurluq etmək qərarına gəlib. O, tanışları - şəhər sakinləri Namiq Pirverdiyev və Simran İlyasovla görüşərək oğurluq etmək fikrində olduğunu bildirib və bu işdə onlardan kömək istəyib. Beləliklə, oktyabrın 5-də Niyaz Fərəməzov adıçəkilən şəxslərlə əlbir olaraq yaxın qohumu Fərqanə İbrahimovanın evindən qızıl əşyaları oğurlayıb.

Qız qaçırdıb özünə toy edən Niyaz Fərəməzov toy borclarını da ödəyə bilmədiyi üçün bu yola əl atdığını bildirib.

Binəqədi polisi N.Fərəməzovu və cinayət yoldaşlarını saxlayaraq istintaqa təhvil verib. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1204