Balakəndə yol qəzası olub - Xəsarət alanlar var
12:41 18 Noyabr 2018
Balakəndə baş verən yol qəzasında biri ağır olmaqla, iki nəfər xəsarət alıb.
Femida.az Report-a istinadən bildirir ki, hadisə səhər saatlarında Balakən şəhəri ərazisində qeydə alınıb.
Rayon sakini, 1973-cü il təvəllüdlü Səməd Hacımağam oğlu Çöpçüyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən gözlənilmədən yola çıxan atı vurub. Qəza zamanı sürücü S. Çöpçüyev və avtomobildə olan sərnişin - rayonun Qaysa kənd sakini Ramazan Məhəmməd oğlu Oynağanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Xəstəxanadan "Report"a bildirlib ki, yaralılardan R. Oynağanovun vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirlib. R. Oynağanova qapalı kəllə-beyin travması, baş beyin əziyi və burun sümüklərinin aşaq sınığı diaqnozu qoyulub. S. Çöpçüyevin xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 404
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanııb