DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq


15:37     18 Noyabr 2018 lambicqa%20isiq.jpg

Noyabrın 19-dan 23-dək bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumatda bildirilib.

Buna səbəb Abşeron rayonu Bağlar ETSİ-nin xidmət ərazisi olan Məhəmmədi kəndinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi daşıyır.

Bu səbəbdən də Zabrat – Məhəmmədi, yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün 19 noyabrdan 23 noyabra qədər bəzi ərazilərdə elektrik enerjisi verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatlığa görə "Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 521