İki uşaq atası intihar etdi - Salyanda


09:11     19 Noyabr 2018 intihar5.jpg


Salyan rayonunda intihar hadisəsi baş verib.

Femida.az-ın Report-a istinadən məlumatına görə, rayonun Yolüstü kəndində 1989-cu il təvəllüdlü yerli sakin Kərimov Seyran Dadaş oğlu özünü yaşadığı evdə asıb.

Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

İntiharın səbəbləri məlum deyil. Onun iki uşaq atası olduğu bildirilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #intihar   #Salyan  

Oxunub: 448