Bakıda məşhur "avtoş"u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI


13:51     19 Noyabr 2018 2018/11/avtosss_1542621360.jpg

Noyabrın 17-də saat 13 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirib hadisə yerini tərk edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, xəstəxanaya yerləşdirilən C.Babayev saat 17 radələrində ölüb. Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş “İJ” markalı tüfəng götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.

Qeyd edək ki, öldürülən Cabir Babayev Bakının məşhur “avtoş”larından olub və “Cabir-012” adı ilə tanınıb.




Femida.az

Açar sözlər:

Oxunub: 1127