“Azərişıq” borclu abonentlərin işığını kəsəcək


15:17     23 Noyabr 2018 18_11_23_1542971907.jpg

"Azərişıq" ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 27 Noyabr 2018-ci il tarixində saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.


Qurumun mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, borca görə elektrik enerjisinin təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

Açar sözlər:

Oxunub: 353