Siqaret qutusunda narkotik keçirmək istədi


13:50     24 Noyabr 2018 2018/11/FBA021F9-A579-4D78-8C01-CAE0761C8612_1543052871.jpeg

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşının idarə etdiyi "Toyota Tundra" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Gürcüstandan gələn nəqliyyat vasitəsinə rentgen baxışı zamanı avtomobildə olan çantalardan birində bıçaq müəyyən edilib. Bundan sonra çantalar yoxlanıb. Nəticədə digər çantada - siqaret qutusunun içində, ümumu çəkisi 8 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 514