4 ayda 7 evi yaran şəxs tutuldu


18:12     24 Noyabr 2018 publraf.com1423305887hebs-a.jpg

Narkotik vasitə ilə tutulan şəxsin Lənkəran rayonu ərazisində bir sexdən, bir avtomobildən və yeddi evdən oğurluq etməsi də müəyyən edilib.

DİN-dən Femida.az-a verilən xəbərə görə, narkotik vasitə ilə tutulan Abdulla Abdullayevin ətrafında DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin iyul-oktyabr ayları ərzində rayon ərazisində bir sexdən 6 ədəd elektrik generatorunu, bir avtomobildən və yeddi evdən pul, velosiped, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 339