Parlamentin hökumətə verdiyi vaxt başa çatır


09:35     26 Noyabr 2018 milli_meclis-221013_2013102253.jpg

Sabah Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi növbəti dəfə müzakirə olunacaq.


Femida.az xəbər verir ki, parlamentin hökumətə verdiyi vaxt başa çatır.

Layihə parlamentin plenar iclaslarında 3 gün - noyabrın 13-14-15-də müzakirə olunub. Deputatlar bir sıra təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, müzakirələr zamanı "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetalarına baxılıb və I oxunuşda qəbul olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 361