Nazirlik Femida.az-ın yazısına dərhal reaksiya verdi: Köməksiz şəxs sığınacağa aparıldı (FOTOLAR)


11:56     26 Noyabr 2018 2018/11/46739359_2278959225507996_7947016543710216192_o_1543219263.jpg

Əliyev Tərlan Adil oğlunun 3-cü mikrorayon, Cavadxan küçəsi 30 ünvanında yerləşən binanın həyətində köməksiz vəziyyətdə qalması barədə məlumat vermişdik.


Femida.az saytında yayımlanan həmin məlumatdan dərhal sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları adıçəkilən ünvana gediblər. Tərlan Əliyevin kimsəsiz və baxımsız olduğunu nəzərə alaraq o, nazirliyin Zabrat qəsəbəsində yerləşən yaşayış yeri olmayan şəxslər üçün Sosial Sığınacağa yerləşdirilib.




O, müasir şəraiti olan və lazımi sosial xidmətlərin göstərildiyi bu müəssiəyə yerləşdirilməsindən razılığını bilirdi. Məşğulluq orqanları tərəfindən Tərlan Əliyevin əmək bacarıqlarına uyğun işlə təminatı üçün də zəruri işlər aparılacaq.





Açar sözlər: #yardım   #Video  

Oxunub: 1770