Yardımlıda mağaza sahibi olan qadın balta ilə qətlə yetirilib - RƏSMİ
10:44 07 İyul 2022
İyulun 6-ı saat 22 radələrində Yardımlı rayonu, Ostair kənd sakini 1962-ci il təvəllüdlü Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında üzərində qətl əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yardımlı Rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyevin qeyd edilən tarixdə Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxunub: 414
Oxşar xəbərlər
- Yardımlıda 52 yaşlı qadın itkin düşüb - FOTO
- Yardımlıda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
- Yardımlıda əri tərəfindən döyülən qadın ağır xəsarətlər alıb
- Yardımlıda baş verən yanğın söndürülüb
- Yardımlıda yanğının söndürülməsi işləri davam edir - VİDEO
- Yardımlıda meşə yanır
- Yardımlıda Vətən Müharibəsi iştirakçısı vəzifəyə təyin edilib
- Yardımlıda gənc meşədə intihar edib
- Yardımlıda 15 tondan çox narkotik bitki məhv edildi
- Yardımlıda narkobaronu və oğlunu güllələyən şəxs axtarılır