Bu şəhəri tərk edənə 26 min dollar verirlər


20:36     27 Noyabr 2018 18_11_27_1543336773.jpg

Yaponiya hökuməti paytaxt Tokionu tərk edənlərə 3 milyon yen (təxminən 26 min dollar) vəd edir.

Cəmi 2200 kvadrat km əraziyə sahib Tokioda 38 milyon insan yaşayır.

Ölkə əhalisinin sayı azalsa da, paytaxtda yaşayanların sayı artmağa davam edir. Yaponiyada hər 3 nəfərdən 1-i Tokioda yaşayır. Hökumət digər şəhərlərdə say artımı və məşğulluq səviyyəsini yüksəltmək üçün paytaxtı tərk edənlərə 3 milyon yen pul vəd edir. Rəsmilər Senday və Sapporo şəhərlərinə köçməyi məsləhət görür.

"Bölgələrin yenilən canlandırılması" layihəsinə çərçivəsində şirkətlərə isə vergi endirimi təklif edilir.

Qeyd edək ki, 127 milyon əhaliyə sahib Yaponiyada 2065-ci ildə insan sayının 88 milyona enməsi gözlənilir. / Qaynarinfo

Femida.az

Açar sözlər:

Oxunub: 717