Putin Səudiyyə vəliəhdi ilə Camal Qaşıqçı məsələsini müzakirə edəcək


20:15     28 Noyabr 2018 putin8.jpg

“G20”liyin zirvə toplantısı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman arasında görüş nəzərdə tutulub.



Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, görüşdə İstanbulda qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı məsələ müzakirə olunacaq.

Açar sözlər:

Oxunub: 425