Bir atışla 7 ermənini məhv edən kamikadze “Harop” - Düşmən bu silahın səsindən belə qorxur +VİDEO


13:35     29 Noyabr 2018 2018/11/1481958430_xar_1508930982_1543483859.jpg

Azərbaycan Ordusunun silahlanmasına İsrail dövlətinin mühüm rolu var. İsrailin Azərbaycana satdığı silahlardan ordumuzda geniş istifadə olunub.



İsrailin Azərbaycana satdığı və bir atışla 7 erməni könüllü döyüşçüsünü məhv edən kamikadze PUA-ları olan “Harop”la bağlı maraqlı məlumatı təqdim edirik:


2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu tərəfindən İsrailin kamikadze PUA-ları olan “Harop”lardan istifadə edildi. Nəticədə bir çox vacib hədəflər dəqiqliklə məhv edildi. Düşməni heyrətləndirə biləcək əsas zərbə vasitəsi kimi Silahlı Qüvvələrimiz tərəfindən istifadə edilən “Harop” möcüzəsini işğalçılar uzun müddət unutmayacaqlar.

Məhv edilən hədəflər arasında Ermənistandan işğal altında olan Ağdərə rayonu ərazisinə göndərilən birinci Qarabağ müharibəsi veteranlarından ibarət könüllüləri daşıyan avtobus da yer almaqdadır. 5 erməni hərbçisi dərhal yerindəcə öldü, 2-si isə sonradan xəstəxanada keçindi.




(Aprel döyüşləri zamanı "Harop"dan istifadə anının videosu)

Madagizdə iki hərbi hissə qərargahının məhv edilməsi isə “hərbi sənət nümunələrinin incisi” hesab oluna bilər. Nəzərinizə çatdırım ki, bu xəbərlər bir müddət düşmən ordusunun rəhbərliyi tərəfindən ört-basdır edilməyə çalışılsa da, sonunda itkilərini və “Harop” qarşısında gücsüzlüklərinin etiraf etməyə məcbur oldular.


Düşmən “Harop” hücumunu aşkarlayıb radarlarının siqnal yaymaması üçün onları söndürsə belə, sursatın elektron optik sensorları sayəsində PUA hədəfi vizual olaraq izləyir və məhv edir. Əgər hədəf müəyyən olunmazsa, “Harop” avtonom olaraq bazaya qayıdır. Düşmənin HHM qüvvələri əsasən nisbətən iri hədəflərə - döyüş təyyarələrinə və idarəolunmaz raketlərə qarşı hesablandığına görə, bu cür kiçik hədəflərə qarşı preventiv tədbirlər görməkdə çətinlik çəkir.

2015-ci ildə “Israel Aerospace Industries” korporasiyasının aerokosmik bölməsi “Harop”un daha kiçik ölçülü əməliyyatlar üçün bir qədər də yığcam versiyasını hazırladı. Təqribi məlumata görə, yeni kiçik dron “Harop”un 1/5 həcmindədir və daha kiçik - 3-4 kiloqramlıq əsas döyüş başlığını daşıyır. Bu sursatlar daha ucuz olmaqla yanaşı, tez-tez nəzərdən itən hədəflərə qarşı effektlidir və zaman məhdudiyyətli əməliyyatlarda geniş istifadəsi nəzərdə tutulur.

“Harop” PUA-dır. Bəzi mütəxəssislər onu “gəzən sursat” da adlandırırlar. “Israel Aerospace Industries” (İsrail Aerokosmos Sənayesi) korporasiyasının aerokosmik bölməsi tərəfindən hazırlanan “Harop” pilotsuz Uçan aparatları (PUA) radiodalğa kateqoriyalıdır, yəni PUA hədəfin radarlarının yaydığı radiodalğalara kilidlənir. Sonra isə özünü həmin hədəflərə çırpmaqla hədəfi və özünü məhv edir. Əlavə olaraq, əsas döyüş başlığı daşıyan aparatlardan fərqli olaraq bu dron özü bütövlükdə döyüş başlığı sayılır, yəni hədəfi özünü hədəfə çırpmaqla məhv edir. “Harop” ya muxtar olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, ya da yerdəki idarəetmə mərkəzindən idarə olunur. Hədəf aşkarlanmadığı halda dron özü avtomatik olaraq bazaya qayıdır.




Dron hazırlanarkən radar ölçüsünün - RCS-nin (Radar Cross Section - düşmən radarında görünmə dərəcəsi) kiçik olması priorotet olaraq qəbul edilib. Bu cür kiçik ölçülü PUA-lar düşmənin əsas hava hücumundan müdafiə (HHM) sistemlərinə demək olar ki, görünməz olduqlarlarına görə (kiçik RCS-ləri olduğuna görə) asanlıqla atəşdən yayına bilir və buna görə də onlar döyüşlərin ilkin artilleriya hazırlığı mərhələsindən başlayaraq istifadə edilirlər. Beləliklə, düşmənin komanda məntəqələrini, radiolokasiya qurğularını, HHM sistemlərini və zenit raket qurğularını yararsız vəziyyətə saldıqdan sonra təyyarələrin düşmən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmaq riski ciddi şəkildə azaldığı üçün düşmən ərazisində əməliyyatlara başlayırlar.




Uzunluğu 2,5 metr, qanad ölçüsü 3 metr, çəkisi 135 kq, döyüş başlığı 23 kq olan “Harop” saatda 185 kilometr/saat sürətlə irəliləyərək havada 6 saat qala bilir və maksimum 1000 km məsafəyə qədər fəaliyyət göstərə bilir.

“Harop” ilk dəfə 2016-cı ilin aprelində erməni işğalçılarına qarşı “4 günlük müharibə” hərbi əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən istifadə olunub. Onu da qeyd edək ki, bu hadisə dünya hərb tarixinə ilk dəfə “gəzən sursatdan” istifadə kimi düşdü. Bu döyüşlərdə “Harop”la endirilən bütün zərbələr uğurlu alındı. Hazırda Azərbaycan Ordusu dünyada ən uzaq mənzilə malik “gəzən sursat” olan “Harop”un postsovet məkanında yeganə istifadəçisi və istehsalçısıdır.


“Harop” yerüstü bazadan və dənizdən buraxıla bilməklə yanaşı, havadan buraxılmaq üçün də modifikasiya edilə bilər. Daha öncə qeyd olunduğu kimi, Haropun iki növ idarəetmə üsulu var: Avtonom və ya bazadan idarəedilmə. “Harop” muxtar idarəetmə rejimində özünün radar tapma sensorları vasitəsilə düşmən radarlarının yaydığı siqnallara kilidlənə bilir. Bununla yanaşı, o, baza tərəfindən elektro-optik sensorları vasitəsilə hərəkətdə və yaxud da sabit vəziyyətdə olan hədəfə yönəldilə bilər.

Hazırda bu sursatlar “Israel Aerospace Industries” korporasiyasının lisenziyası ilə Azərbaycan Müdafiə Sənayesinin müəssisələri tərəfindən istehsal edilir.

Femida.az

Açar sözlər: #Harop   #Silah   #israil   #qarabağ   #Ermənistan   #Azərbaycan  

Oxunub: 5784