Məcburi köçkünlər üçün pulsuz tibbi aksiya keçirildi


18:35     29 Noyabr 2018 2018/11/DSC_0267_3086996166.jpg

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi noyabrın 29-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin ödənişsiz tibbi müayinədən keçirilməsini təşkil edib.

Femida.az xəbər verir ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 23 nəfərdən ibarət həkim briqadası qəsəbədəki tibb məntəqəsində məcburi köçkünlərlə yanaşı, yerli sakinlərə də ixtisaslaşmış tibbi yardım göstərib. Briqadanın tərkibindəki kardioloq, nefroloq, endokrinoloq, qastroenteoloq, ginekoloq, lor, nevropotoloq, pediatr və digər tibbi sahələr üzrə həkimlər ümumilikdə 500-ə yaxın vətəndaşı müayinə ediblər.



Müayinədən keçmiş şəxslərə ilkin diaqnoz qoyulub, müalicə təyin edilib. Daha ağır vəziyyətdə olanlara xəstəxanaya göndəriş verilib.

Aksiyada iştirak edən məcburi köçkünlər və qəsəbə sakinləri yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edib.

Qeyd edək ki, ödənişsiz tibbi aksiyanın məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #qaçqın   #köçkün   #qaçqınkom   #yardım   #səhiyyə  

Oxunub: 554