"London taksi"si qarət edildi - Sürücü döyüldü
12:02 30 Noyabr 2018
Abşeron qəsəbəsində naməlum şəxslər "London taksi"sinin sürücüsünə qarşı quldurluq edib.
Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Əhmədov Nizami Fikrət oğlunun yol vərəqəsi ilə idarə etdiyi 10 TH 394 dövlət nömrə nişanlı avtomobilə Bakıda, "20 yanvar" dairəsində 3 nəfər naməlum şəxs əyləşərək Xırdalan şəhərinə getməyi sifariş verib. Avtomobili Xırdalan şəhərinin Adıgözəlov küçəsinə sürdürən həmin şəxslər orada sürücüyə zor tətbiq edərək döyüb, avtomobildən düşürüblər.
Daha sonra mütəşəkkil dəstə avtomobildə olan 63 manatı və dəyəri 100 manat olan "Samsung J-3" markalı mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Femida.az
Oxunub: 540
Oxşar xəbərlər
- Londonda “Qarabağın səsi” xeyriyyə konserti keçiriləcək
- Londonda koronavirusa görə fövqəladə vəziyyət elan edilib
- London məhkəməsi Assanjı girov müqabilində azadlığa buraxmaqdan imtina edib
- London məhkəməsi Assanjın ABŞ-a ekstradisiyasını rədd edib
- Londonda terror aktı baş verib, yaralılar var
- London işıqsız qaldı - 10 min nəfər zərər çəkdi
- London Hormuz boğazında saxlanılan tankerlə bağlı İranı xəbərdar edib
- Londonda enerji forumu keçirilib
- Londonda bir milyon nəfər yürüş keçirdi
- Londonda insident - Yaralılar var