İlham Əliyev bu şəxsləri təbrik etdi - SƏRƏNCAM


19:23     01 Dekabr 2018 prezident1_1500905288.jpg

Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Bounyanq Voraçitə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident,

Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına əmin-amanlıq və tərəqqi arzulayıram", - təbrikdə qeyd edilir.

***
İlham Əliyev Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.

"Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə ən xoş arzularımı yetirirəm", - təbrikdə deyilir.

***
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma təbrik məktubu göndərib.

"Əlahəzrət,

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah arzulayıram", - təbrikdə deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 681