Direktor olmaq istəyənlərin nəzərinə!
18:13 03 Dekabr 2018
Dekabrın 5-dən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.
Təhsil Nazilriyindən Femida.az-a verilən məlumata görə, bu mərhələdə 700-dən artıq namizədin iştirakı gözlənilir. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.
Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsahibə komissiyasına təqdim edirlər. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən edilir.
Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
Femida.az
Oxunub: 641
Oxşar xəbərlər
- Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşıb
- Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək
- Direktorların işə qəbulu imtahanlarının nəticələrinin təhlili açıqlanıb
- Direktor olmaq istəyənlərin imtahan nəticələri açıqlandı
- Direktor vəzifəsinə işə qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
- Direktorların işə qəbulu üzrə test imtahanları başlayır
- Direktordan hicab qalmaqalına münasibət: Heç bir şiddət olmayıb
- Direktor olmaq istəyənlərin nəzərinə!
- Direktoru olmaq üçün 13 mindən çox namizəd müraciət edib
- Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilib